İran Qafanda baş konsulluğu niyə açıb?

   İran Qafanda baş konsulluğu niyə açıb?
  09 Oktyabr 2022    Oxunub:1066
İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian ölkəsinin Ermənistandakı Qafan şəhərində ilk baş konsulluq açmasından danışıb.

AzVision.az xəbər verir ki, nazir bildirib ki, Qafanda baş konsulluq iki ölkə arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək və gücləndirmək məqsədilə açılıb.

“Bu qərar sayəsində biz yaxın gələcəkdə İran-Ermənistan münasibətlərinin genişlənməsinin və dərinləşməsinin şahidi olacağıq”, - deyə Hüseyn Əmir Abdollahian əlavə edib.

Onun sözlərinə görə, İranın 13-cü hökuməti bölgədə iqtisadi siyasəti gücləndirməyi, Şimal-Cənub tranzit yolunun dinamikliyini hədəf seçib

Xatırladaq ki, İran Qafanda baş konsulluğu bu ilin avqustunda açıb.

AzVision.az


Teqlər:



Xəbər lenti