Kiyevdə güclü partlayış: 8 nəfər ölüb - YENİLƏNİB

   Kiyevdə güclü partlayış:  8 nəfər ölüb - YENİLƏNİB
  10 Oktyabr 2022    Oxunub:1129
Ukraynanın paytaxtı Kiyev şəhərinin bombalanması nəticəsindən azı 8 nəfər ölüb, 24 nəfər yaralanıb.
AzVision.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko bildirib.

Artıq ölkənin hər yerində hava həyəcanı siqnalı verilib.

***

Ukraynanın paytaxtı Kiyevin mərkəzində bir neçə partlayış baş verib

AzVision.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, bu gün səhər saatlarında Rusiyanın hava hücumu zamanı paytaxtın mərkəzində bir neçə partlayış baş verib.

Hava zərbəsi təhlükəsi yerli vaxtla saat 06:47-də elan edilib və səhər saat 8-dən sonra Kiyevdə 3-4 partlayış olub.

Daha sonra hücumla bağlı məlumatı şəhərin meri Vitali Kliçko da təsdiqləyib. Partlayışlar Şevçenko rayonunda qeydə alınıb.

AzVision.az


Teqlər:



Xəbər lenti