Şer, yoxsa Şər, yaxud sönmüş ulduzun köhnə mahnısı...

      Şer, yoxsa Şər,    yaxud sönmüş ulduzun köhnə mahnısı...
  10 Oktyabr 2022    Oxunub:5051
Dünya səhnəsinin çoxdan sönən ulduzu Sherilin Sarkisyan (Cher) twitter hesabında Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüb. Son musiqi albomu 2013-cü ildə çıxan müğənni artıq neçə ildir, təbliğat "val”ını dəyişmədən eyni siyasi narrativlərlə çıxış edir ki, onların içində ən yaddaqalanı bu idi: "Azərbaycandan fərqli olaraq, Ermənistanın nefti yoxdur..."
Bu dəfə isə Şər (bəli-bəli, səhv yazılmayıb), iki tezisi birləşdirərək, içtimaiyyəti aldatmağa çalışır ki, Ermənistandakı bütün uşaq evlərinin sakinləri "Azərbaycan aqressiyasının qurbanlarının övladlarıdır" və "Azərbaycanın nefti olduğu üçün, ona söz deməyə cürət edən yoxdur".

Görünür, dünya miqyasında dəyişən önəmimiz və Avropanın enerji təhlükəsizliyində oynadığımız mühüm rol erməni diasporunu ciddi narahat edib.

Şerilin Sarkisyanın “twitter”də 9 oktyabrda paylaşdığı statusda deyilir: "Ermənilər üçün çox qorxuram, onları heç kim Azərbaycandan qorumur. Ermənistanın nefti olmadığı üçün Azərbaycan onu məhv edəcək.
İrəvana səfərim zamanı iki yetimxananı ziyarət edərək, yetim uşaqlarla görüşdüm. Onlar valideyinləri azərbaycanlılar tərəfindən öldürüldükləri (doğrandıqları) üçün oraya yerləşdirilmişdi.
Neftləri olduğu üçün onlara (Azərbaycana) söz deyən yoxdur..."

Hans Kloss
AzVision.az üçün



Teqlər: Erməni-diasporu  



Xəbər lenti