Bu il İzmirə səfər edən azərbaycanlı turistlərin sayı açıqlanıb

   Bu il İzmirə səfər edən azərbaycanlı turistlərin sayı açıqlanıb
  10 Oktyabr 2022    Oxunub:954
Bu ilin 9 ayında Türkiyənin İzmir şəhərinə gələn axərbaycanlı turistlərin sayı açıqlanıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cari ildə 29 min 852 azərbaycanlı turist İzmirə turist səfərə gəlib.
Azərbaycan vətəndaşları bu şəhərdə gəzməyə gedənlər arasında ilk onluqda yer alır.

Ümumilikdə, bu il İzmir şəhərinə 1 milyon 222 minə yaxın turist gəlib. Şəhərə gələn turistlər içərisində Almaniya, İngiltərə, Hollandiya vətəndaşları üstünlük təşkil edir.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti