NATO ölkələri silah şirkətlərindən istehsalı artırmağı xahiş edib

   NATO ölkələri silah şirkətlərindən istehsalı artırmağı xahiş edib
  10 Oktyabr 2022    Oxunub:839
NATO ölkələri Ukraynaya silah tədarükü səbəbindən yaranan çatışmazlıqlar fonunda silah şirkətlərindən istehsalı artırmağı xahiş edib.
Bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb. Kiyevə silah göndərən bəzi Avropa ölkələrinin ehtiyatları tükənmək üzrədir və bu çatışmazlığı aradan qaldırmaq üçün illər lazım ola bilər.

Bununla əlaqədar olaraq, NATO üzvü olan ölkələrin hökumətləri milli və beynəlxalq silah korporasiyalarına bütün silah spektrinin istehsalını artırmaq çağırışı ilə müraciət ediblər.


AzVision.az



Teqlər:



Xəbər lenti