Səməd Seyidov AŞPA-da erməni deputatı faktlarla susdurdu

   Səməd Seyidov AŞPA-da erməni deputatı faktlarla susdurdu
  10 Oktyabr 2022    Oxunub:3337
Rubinyan burada çaşqınlıq yayır. Onun missiyası olan hadisələri tamamilə əks formada təqdim etməkdir. O, burada iki ölkə arasında vəhşiliklərdən danışır, ancaq Ermənistan silahlı qüvvələrinin hələ də Azərbaycan ərazilərində olduğundan danışmır. Sentyabr hadisəsindən əvvəl erməni silahlı qüvvələri Azərbaycan ərazilərinə soxulmuşdular. Rubinyan niyə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində hər gün ölən azərbaycanlılardan danışmır? Erməni işğalı nəticəsində Azərbaycanın bütün infrastrukturunun tamamilə yerlə yeksan edilməsindən niyə danışmır? Bu Azərbaycana qarşı informasiya müharibəsidir. Saxta videolar, mühakimələr, səfirliklərimizə qarşı hücumlar, belə təqdimatlar Azərbaycana qarşı müharibədir.
Bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov qurumun payız sessiyasında “Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar, xüsusilə mülki yaşayış məntəqələrinə və infrastruktura zərbələr” adlı cari məsələyə dair müzakirələrdə çıxışında söyləyib.

Onun sözlərinə görə, sessiyadakı çıxışlar reallığı əks etdirmir: "Əsil həqiqət odur ki, Azərbaycan Prezidenti və Ermənistan Baş naziri sülh danışıqlar başlayan kimi dərhal qonşularımız tərəfindən qəribə təxribatlar törədilir. Bunu başa düşmək lazımdır".

S. Seyidv bildirib ki, Ermənistan imzaladığı öhdəliyə riayət etmək istəmir və Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən geri çəkməlidir: "Sərhədlərin delimitasiyası və demarkasiyası aparılmalıdır. Azərbaycan qarşı cinayət törədənlər məhkəmə qarşısına çıxarılmalıdır. Xocalıda törədilən insanlıq əleyhinə cinayətləri törədən ermənilər məhkəmədə cavab verməlidirlər.

Azərbaycan Respublika prokuroru müharibə zamanı törədilmiş cinayətlərlə bağlı işə başlayıb. Bəs Ermənistan da müharibə zamanı azərbaycanlılara qarşı cinayət törətmiş ermənilərə qarşı istintaqa başlayıbmı? Əlbəttə ki, yox. AŞPA sülh istəyənlərin yox, müharibə istəyənlərin əlində bir alətə çevrilib. Biz sülh istəyirik və regionda sülhün bərqərar olması üçün bütün imkanlardan istifadə edəcəyik".

AzVision.az



Teqlər:



Xəbər lenti