ABŞ qanunvericiləri Səudiyyə Ərəbistanına silah satışını dayandırmağı istəyir

   ABŞ qanunvericiləri Səudiyyə Ərəbistanına silah satışını dayandırmağı istəyir
  10 Oktyabr 2022    Oxunub:2297
ABŞ-ın Demokrat konqresmenləri OPEC+-ın neft hasilatını azaltmaq qərarına cavab olaraq Səudiyyə Ərəbistanına silah satışını dayandırmağı təklif ediblər.
Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Ro Hanna və senator Riçard Blyumentalın “Politico”da dərc olunan məqalələrində deyilir. Onlar qeyd edib ki, milli təhlükəsizliyin yaxşılaşdırılması üçün daha asan və daha sürətli addım ABŞ-ın Səudiyyə Ərəbistanına bütün hərbi təchizatlarını, satışlarını və digər hərbi yardımlarını dayandırmaq olardı.

konqresmenlər bildiriblər ki, çərşənbə axşamı Senat və Nümayəndələr Palatasına müvafiq qanun layihəsi təqdim etmək niyyətindədirlər.

“ABŞ-ın Səudiyyə Ərəbistanına silah satmaqdan imtina etməsi əsasən Vaşinqtonun hərbi yardımı və silahlarından asılı olan Ər-Riyad üçün ciddi problem olacaq. Onlar inanırlar ki, krallıq bir gecədə başqa ölkələrdən təchizata keçə bilməyəcək”.


AzVision.az



Teqlər:



Xəbər lenti