La-Manş boğazında 360-dan çox miqrant xilas edildi

La-Manş boğazında 360-dan çox miqrant xilas edildi
  10 Oktyabr 2022    Oxunub:1094
La-Manş boğazında bir gündə keçirilən əməliyyatlar nəticəsində kiçik qayıqlarla Böyük Britaniya sahillərinə çatmağa çalışan 360-dan çox miqrant xilas edilib.
Bu barədə “Ouest-France” qəzeti yazıb. Kale, Boulon-syur-Mer və Dyunkerk limanlarına çatdırılan miqrantlar xilasedicilərə və sərhəd polisinə təhvil verilib.

Qeyd olunub ki, La-Manş dünyanın ən işlək dəniz naviqasiya zonalarından biri hesab olunur və gündə 400-dən çox ticarət gəmisi boğazdan keçir. Tez-tez əlverişsiz hava şəraitini nəzərə alsaq, bu, böyük riskdir.

AzVision.az


Teqlər:



Xəbər lenti