CNN: "Putinin qəzəbi müharibənin yeni mərhələsinin xəbərçisidir"

      CNN:    "Putinin qəzəbi müharibənin yeni mərhələsinin xəbərçisidir"
  11 Oktyabr 2022    Oxunub:1176
Vladimir Putinin sərgilədiyi son qəddarlıq və qisas hərəkətləri Krım körpüsünün partlamasından sonra onda yaranmış qəzəbin nəticəsidir. Lakin onun ukraynalı mülki şəxslərə qarşı heç bir fərq qoymadan hücumlar təşkil etməsi amansız müharibədə növbəti dəhşətli dönüş ehtimalını da artırıb.
AzVision.az xəbər verir ki, bu barədə CNN -nin Ukraynadakı son proseslərlə bağlı dərc etdiyi məqalədə yazılıb.

"Mesaj bütün dünyaya aydın idi. Putin özünü alçaltmaq niyyətində deyil. O, məğlubiyyəti qəbul etmir. Və Putin döyüş meydanında baş verən bir sıra uğursuzluqlara cavab olaraq dinc əhalini qətlə yetirməyə tam hazırdır", - təhlildə deyilir.

Jurnalistlər qeyd edirlər ki, Putinin bazar ertəsində seçdiyi hədəflər çox az hərbi əhəmiyyət kəsb edirdi. Əksinə, bu amil onun döyüş meydanında Ukraynanı məğlub edə bilmədiyi üçün yeni hədəflər tapmaq ehtiyacını əks etdirdi.

Tural Tağıyev
AzVision.az



Teqlər: Putin   Ukrayna  



Xəbər lenti