Hulusi Akar Şoyqunu atəşkəs elan etməyə çağırıb

   Hulusi Akar Şoyqunu    atəşkəs elan etməyə    çağırıb
  11 Oktyabr 2022    Oxunub:5238
Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub. AzVision.az "Kommersant"a istinadən xəbər verir ki, onlar Suriya və Ukrayna ilə bağlı məsələləri müzakirə ediblər.
Ukrayna kontekstində danışan Hulusi Akar ən qısa zamanda atəşkəs elan edilməsinin vacibliyini qeyd edib.

Suriya kontekstində isə tərəflər razılaşmalara hörmət edilməsinin vacibliyini müzakirə ediblər. Türkiyə Müdafiə Nazirliyinin telefon danışığı ilə bağlı yaydığı məlumatda isə deyilir: “Bizim əsas prioritetimizin terror təhlükəsinin və dəhlizinin daim qarşısının alınması, həmçinin terror təşkilatlarının zərərsizləşdirilməsi olduğu vurğulanıb".

Rusiya tərəfi hələlik danışıqlar barədə məlumat verməyib.

Xatırladaq ki, bundan əvvəl Türkiyə dəfələrlə Rusiya və Ukrayna arasında sülh danışıqları üçün meydan rolunu oynamağı təklif edib. İyul ayında isə Türkiyənin dəstəyi ilə taxıl sazişi imzalanıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Türkiyə   Rusiya   Atəşkəs  



Xəbər lenti