Berlində Rusiya səfirliyinə hücum etdilər

   Berlində Rusiya səfirliyinə hücum etdilər
  11 Oktyabr 2022    Oxunub:1244
Almaniyanın paytaxtı Berlində naməlum şəxslər Rusiya səfirliyinin binasına içində qırmızı boyalar olan şar və su şüşələri atıblar.
AzVision.az xəbər verir ki, bu barədə "DW" Berlin polisinə istinadən məlumat yayıb.

Bildirilir ki, boyalar Rusiya səfirliyinin darvazalarına və ərazisinə yayılıb.

Qeyd olunur ki, bu hücum nəticəsində xəsarət alan olmayıb. Diplomatik missiyasının əməkdaşları artıq boyanı təmizləyiblər.

Bundan əlavə, polisin məlumatına görə, Verderdə naməlum şəxslər şəhər qəbiristanlığındakı sovet abidəsini də təhqir ediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Berlin   Rusiya   Boya  



Xəbər lenti