Bayden: " Putinlə görüş onun nəyi müzakirə etməsindən asılı olacaq"

      Bayden:    " Putinlə görüş onun nəyi müzakirə etməsindən asılı olacaq"
  12 Oktyabr 2022    Oxunub:979
ABŞ prezidenti Co Bayden hazırda Rusiya dövlət başçısı Vladimir Putinlə qarşıdan gələn G20 sammitində görüşməyi planlaşdırmır, lakin bu Rusiya liderinin nəyi müzakirə etmək istəməsindən asılı olacaq.
AzVision.az xəbər verir ki, Bayden bu barədə CNN telekanalına müsahibəsində deyib.

"Baxın, biz mövqe tutmuşuq, mən bunu bu səhər G7-nin görüşündə etmişəm. Nəticə odur ki, Ukraynasız Ukrayna ilə bağlı müzakirə olunacaq heç nə yoxdur. Ona görə də nə mən, nə də başqası Ukraynada qalmaq, Ukraynanın bir hissəsini saxlamaq və bu kimi şeylər barədə Rusiya ilə danışıqlara hazır deyilik. Deməli, bu, onun ( red: Putinin) konkret nə haqqında danışmaq istəməsindən asılı olacaq”, - deyə Bayden əlavə edib.

ABŞ prezidenti Rusiya lideri haqqında danışarkən onun qəddar davrandığını vurğulayıb: "O, hərbi cinayətlər törədib. Ona görə də indi onunla görüşməyin mənasını görmürəm".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti