Azərbaycan lideri Qırğızıstan Prezidentinə təşəkkür edib

   Azərbaycan lideri Qırğızıstan Prezidentinə təşəkkür edib
  12 Oktyabr 2022    Oxunub:736
"Bu məktəbə Azərbaycanın görkəmli oğlu Heydər Əliyevin adının verilməsi qərarına görə Qırğızıstan Prezidentinə təşəkkürümü bildirirəm. Biz bunu xalqlarımız arasında dostluğun, qardaşlığın rəmzi, Heydər Əliyevin xatirəsinə ehtiram kimi dəyərləndiririk".
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində söyləyib.

"Sadır Nurqojoyeviçin də qeyd etdiyi kimi, bu gün biz daha bir məktəbi, Azərbaycanın digər görkəmli oğlu, Azərbaycan xalqının fəxri olan şairi, mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyacaq məktəbi də ziyarət edəcəyik. Bu əlamətdar hadisələr qardaş ölkələrimiz arasında münasibətlərin xarakterini və ruhunu əks etdirir”, - dövlət başçısı vurğulayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti