İspaniya 2023-cü ildə silah arsenalını gücləndirəcək

İspaniya 2023-cü ildə silah arsenalını gücləndirəcək
  12 Oktyabr 2022    Oxunub:698
İspaniya hökuməti gələn il silahlarını modernləşdirmək üçün 13 yeni xüsusi çoxillik proqramlara başlayacaq.
Bu barədə “ABC qəzeti” məlumat yayıb. Belə ki, 2023-cü ildə “AV-8B Harrier” və “EF-18 Hornet” təyyarələrinin hissələrini əvəz etmək üçün 90 milyon avro investisiya ayrılacaq. Qeyd olunub ki, Amerika istehsalı olan F-35 Lightning II qırıcılarının alınması nəzərdən keçirilir.

Bundan əlavə, yeni proqramlardan biri də ABŞ-ın “Patriot” raketdən müdafiə sisteminin modernləşdirilməsidir. 2023-cü ildə İspaniya hakimiyyəti bunun üçün 145 milyon avro vəd edib. Krallığın Müdafiə Nazirliyinin məlumatına görə, gələn il müdafiə büdcəsi 12,825 milyard avro təşkil edəcək.

AzVision.az



Teqlər:



Xəbər lenti