Macarıstan Rusiyaya qarşı yeni sanksiyalara qarşı çıxıb

   Macarıstan Rusiyaya qarşı yeni sanksiyalara qarşı çıxıb
  12 Oktyabr 2022    Oxunub:1033
“Macarıstan Rusiyaya qarşı əlavə enerji sanksiyalarına qarşıdır və Avropa İttifaqından bu sahədə yeni təkliflərin gəlməyəcəyinə ümid edir”.
Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bəyan edib. Onun sözlərinə görə, Brüsselin yanlış idarə olunan sanksiyaları Avropada enerji böhranına səbəb olub:

“Təəssüf ki, nəinki qiymətlər, hətta Avropa Komissiyasının təklifləri də reallıqdan tamamilə kənar çıxdı. Biz sağlam düşüncəyə qayıtmalıyıq, əks halda böyük problemlərimiz olacaq. Bu gün Praqada Avropa İttifaqının enerji nazirlərinin görüşü keçirilir. Ümid edək ki, Brüsseldən daha “böyük” ideyalar yoxdur”.


AzVision.az


Teqlər:



Xəbər lenti