Digər qohumların sözlərinə görə, sərhəddə baş verən son toqquşmalar zamanı onlar oğlanın çiynindən və başından yaralandığını öyrənə biliblər. O, əsgər yoldaşına gizlənib qaldığı yeri dəqiq desə də, Müdafiə Nazirliyi əsgərin tapıb geri qaytarılması istiqamətində heç bir addım atmır.
- O qədər şüursuz şəkildə çalışırlar ki, heç olmasa bu məsələdə normal davransınlar. Əgər həmin ərazilərdə qalan nazirlikdə oturanların övladları olsaydı. çoxdan o uşaqları oradan çıxarmışdılar - itkin əsgərin anası Ester Torosyan ağlayaraq deyib.
O, jurnalistlərə qeyd edib ki, Vahe sentyabrın 13, 14 və 15-də onunla əlaqə saxlayıb.

"Bu nə dövlətdir? Bizim övladımızın yerində məmurların uşağı olsaydı, belə davranardılarmı? Kənd uşağı olanda başına gələnlər də belə olur”, – Maqara-Eçmiədzin yolunu bağlayan Vahe Torosyanın nənəsi deyib. Nənə onu da əlavə edib ki, nazirlik işçiləri qarşı tərəflə danışıq aparmırlar, razılaşsaydılar çoxdan tapılardı. Bir ay keçib, indiyə məsələ çoxdan həll edilmişdi.
Əsgərin qohumlarının sözlərinə görə, nazirlikdən deyiblər ki, onlara daha iki gün vaxt verilsin. Əgər iki günə də bir xəbər çıxmazsa səbr kasası dolacaq, valideynlər qəti tədbirlərə əl atacaqlar.
Aksiya zamanı yol polisinin gəlməsi isə Vahenin qardaşını qəzəbləndirib.
- Onları bura niyə göndərdilər? Bu onların problemidir? Burada polis yox, hərbi komissarlığın əməkdaşları olmalı idi, - Vahenin qardaşı gileylənib.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


