Ermənistan Baş Prokurorluğu da "Krım partlayışı" işinə cəlb edilib

Ermənistan Baş Prokurorluğu da    "Krım partlayışı"    işinə cəlb edilib
  12 Oktyabr 2022    Oxunub:804
Ermənistanın Baş Prokurorluğu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Krım körpüsündəki partlayışla bağlı yaydığı məlumatı araşdırır. AzVision.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Aidiyyəti qurumun mətbuata açıqlamasında qeyd edilir ki, Rusiya kəşfiyyat xidmətinin məlum məlumatları “cinayət işinin başlanması məsələsini həll etmək göstərişi ilə” Ermənistan Milli Təhlükəsizlik Şurasına ötürülüb. FSB-nin informasiyalarına görə, körpünün partladılmasına hazırlıqda 12 nəfər iştirak edib ki, onlardan 8-i artıq saxlanılıb. Terror iştirakçılarının arasında beş Rusiya, üç Ukrayna və Ermənistan vətəndaşı da var.

“Yayılan məlumatda açıq-aşkar cinayəti sübut edən məlumatların olduğunu nəzərə alaraq, Baş Prokurorluq onları cinayət işinin başlanması məsələsinin həlli üçün göstərişlə birlikdə Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsinə göndərib”, - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Krım   Ermənistan  



Xəbər lenti