Kansler: Avstriya artıq ukraynalı qaçqınları qəbul edə bilməyəcək

      Kansler:    Avstriya artıq ukraynalı qaçqınları qəbul edə bilməyəcək
  12 Oktyabr 2022    Oxunub:1469
"Avstriya artıq ukraynalı qaçqınları qəbul edə bilməyəcək, ölkədə onlar üçün yer tükənib". Bunu “Die Welt”ə müsahibəsində respublikanın kansleri Karl Nehammer deyib.
Nehammer deyib ki, avqust ayına qədər Vyanaya 57 min sığınacaq müraciəti daxil olub ki, bu da keçən illə müqayisədə 195 faiz çoxdur.

“Və onların sayı artmağa davam edəcək. Biz artıq 85 minə yaxın ukraynalını yerləşdirmişik. Avstriyada kasa dolub-daşır”, - deyə kansler yekunlaşdırıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti