Xankəndidə aksiya: 6 min erməninin yarısı xaricə köçüb

   Xankəndidə aksiya:    6 min erməninin yarısı xaricə köçüb
  13 Oktyabr 2022    Oxunub:1356
Azərbaycanın işğaldan azad eidlən Qarabağ bölgəsində yaşayan ermənilər etiraz aksiyası keçiriblər. Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan Xankəndidə təşkil olunan aksiyada etirazçılar onlara çatmalı olan yardımların yoxa çıxmasından gileyləniblər.
Jurnalistlərə açıqlama verən aksiya təşkilatçılarından biri deyib ki, hələ aylar öncə qərara alınmışdı ki, Azərbaycan ermənilərinə iyul ayından 40 min dram məbləğində yardım göstərilsin.

- İndi gördüyünüz kimi artıq oktyabr ayını yarı etmişik və iyulun pulunun bir hissəsi belə ayrılmayıb. Ümumiyyətlə avqust, sentyabr, oktyabr aylarından söhbət açılmır. Biz məsələ qaldırırıq, Xankəndidə oturanlar deyirlər ki, pul yoxdur, - Arayik Arutyunyanın oturduğu binanın qarşısına etiraz edən Hadrutdan olan Artur Stepanyan deyib.

Hadrutdan olan erməni həmçinin bildirib ki, sentyabrın 2-də Əsgəranda 97 mənzilin istifadəyə verilməsi xəbəri həqiqəti əks etdirmir.

“Belə bir şey olmayıb, bütün məsuliyyətimlə deyirəm ki, orada heç kim yaşamır, şou göstəriblər”, - narazı erməni Arayikin yalanını üzə çıxarıb.

İrəvanda etiraz aksiyası keçirilir - CANLI
Bir zamanlar Hadrut və digər işğaldan azad olunmuş əzəli torpaqlarımızda məskunlaşmış və hazırda özünə "qaçqın" deyən narazı ermənilər bundan öncə də aksiya keçirdiklərini xatırladıblar.

- Vəziyyətimiz çox pisdir. Xatırladım ki, Ermənistanın müxtəlif bölgələrinə 6 min hadrutlu səpələnib. Lakin indiki anormal vəziyyəti nəzərə alsaq, bu 6 min nəfərin yarısının artıq ölkəni tərk etməsi də mümkündür. Hər gün eşidirik ki, kiminsə kirayə haqqı artıb, insanlar sadəcə bilmirlər nə etsinlər. Hazırda Qarabağda hər cür tikili var amma tikinti işləri yoxdur... Açıqlama verirlər ki, səbəb pulla bağlıdır. İnsanları növbəli sistemə məcbur edirlər. Deyirlər belə edin, elə gözləyin, axırda da işləri dayandırıb söyləyirlər ki, tikintinin davam etməsi üçün maliyyə yoxdur. Niyə tikintilər dayanıb axı?, - narazı ermənilərdən biri Xankəndidəki ciddi maliyyə böhranından gileylənib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Aksiya   Xankəndi   Tikinti  



Xəbər lenti