Britaniya Ukraynaya HHM raketləri bağışlayacaq

Britaniya Ukraynaya HHM raketləri bağışlayacaq
  13 Oktyabr 2022    Oxunub:1049
Böyük Britaniya Ukraynaya hava hücumundan müdafiə raketləri bağışlayacaq.
Böyük Britaniya Müdafiə Nazirliyi bununla bağlı bəyanat verib. Ukraynaya hava hücumundan müdafiə raketləri, o cümlədən qanadlı raketləri vura bilən Qabaqcıl Orta Mənzilli Havadan-Havaya Raketləri (AMRAAM) hədiyyə ediləcəyini açıqlayıb.

Bəyanatda deyilir ki, “ABŞ-ın öhdəliyinə götürdüyü Milli Qabaqcıl Yerdən Havaya Raket Sistemi (NASAMS) ilə birlikdə istifadə üçün yaxın həftələrdə veriləcək AMRAAM raketləri Böyük Britaniya tərəfindən Ukraynaya hədiyyə edilən və kruizləri vura bilən ilk raketlərdir. Ukraynanın hava hücumundan müdafiəsini dəstəkləmək Britaniyanın hərbi dəstəyi üçün prioritet olub və belə də qalır”.

Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles deyib ki, bu silahlar Ukraynaya səmalarını hücumlardan qorumağa və gücləndirməyə kömək edəcək.

AzVision.az



Teqlər:



Xəbər lenti