"Qərbin Ukrayna üçün silahı tükənməyəcək" - Britaniyalı nazir

   "Qərbin Ukrayna üçün silahı tükənməyəcək" -    Britaniyalı nazir
  13 Oktyabr 2022    Oxunub:1321
Qərb müttəfiqlərinin Ukraynanı dəstəkləmək üçün silahlarının tükənməsi riski yoxdur.
AzVision.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.

O vurğulayıb ki, özünü təcrid etmiş Rusiyadan fərqli olaraq, Qərb yenidən qura və ya hətta yeni təchizat zəncirini yarada bilər: "Bizim indi etdiyimiz budur".

Britaniyalı nazir Rusiyanın Ukraynada nüvə silahından istifadə edəcəyi təqdirdə NATO-nun necə reaksiya verəcəyini sualına bu mövzuda spekulyasiya etməyəcəyini deyib. Eyni zamanda o, əlavə edib ki, müdafiə alyansının üzvləri “hər şeylə qarşılaşmamağımızı” təmin etmək üçün bir araya gəlir.

AzVision.az


Teqlər:



Xəbər lenti