Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi
  14 Oktyabr 2022    Oxunub:987
Britaniyalı aktyor Robbi Koltreyn vəfat edib.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, o, 72 yaşında dünyasını dəyişib.


Məşhur aktyor "Harri Potter" film seriyasında "Haqrid" personajını canlandırıb. Aktyor ötən əsrin sonlarında "Parıltılı Qordon", "Mona Liza", "Qızıl Göz", "Alisa möcüzələr ölkəsində" filmlərində də rol alıb.

Dostları Robbinin artıq çəkidən əziyyət çəkdiyini bildiriblər. Onların sözlərinə görə, o, son illər əlil arabasında gəzirmiş.

Onun ölümünün səbəbi hələlik məlum deyil.


Teqlər:



Xəbər lenti