Türkiyənin kömür mədənində qəzada 40 nəfər ölüb - YENİLƏNİB - 2
***
Türkiyənin Bartın vilayətində yerləşən mədəndəki partlayış nəticəsində həyatını itirənlərin sayı 28 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib. Onun sözlərinə görə, yaralılardan 11-nin müalicəsi davam etdirilir.
Partlayış baş verən vaxt mədəndə 110 işçi olub ki, onların da 49-u riskli bölgələrdə yerləşib. Hazırda axtarış-xilasetmə işləri davam edir. Partlayışla bağlı cinayət işi açılıb, tədqiqat aparılır.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bartın vilayətində partlayış baş verən mədənə baş çəkəcək.
***
Türkiyənin Bartin vilayətində kömür mədənində qəza nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb.
Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Tvitterdə bildirib.
Nazir qeyd edib ki, hadisə yerinə 1 reanmobil, 31 TTY avtomobili və 149 nəfər tibb personalı cəlb edilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


