Rusiyaya nüvə xəbərdarlığı

Rusiyaya nüvə xəbərdarlığı
  15 Oktyabr 2022    Oxunub:1249
Finlandiya nüvə müharibəsi ilə bağlı Rusiyaya xəbərdarlıq edib.
AzVision.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Antti Kaykkönen deyib.

O, Rusiyanın nüvə silahından istifadə ehtimalının çox olduğunu bildirib: “Rusiya bu addımı atsa, bu, ölkənin son səhvi olacaq”.

Nazirin sözlərinə görə, həm NATO-nun, həm də Avropa İttifaqının bu addıma reaksiyası sərt olacaq.

Kaykkönenin fikrincə, Qərbin həmrəy olmasına ehtiyac var: “Ukraynaya hər cür kömək göstərilməlidir".

AzVision.az


Teqlər: Nüvə  



Xəbər lenti