Kişinyovda etirazçılar hakimiyyətin istefasını tələbi ediblər

 Kişinyovda  etirazçılar hakimiyyətin istefasını tələbi ediblər
  15 Oktyabr 2022    Oxunub:1479
Moldovanın paytaxtı Kişinyovun mərkəzində növbəti etiraz aksiyası keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Aksiyada müxalif “Şor” partiyasının tərəfdarları Moldova rəhbərliyinin istefasını tələb ediblər.

Yüzə yaxın etirazçı ölkə parlamentinin binası qarşısındakı parkda çadır qurub.

Nümayişçilər qazın, digər enerji resurslarının və ərzaq məhsullarının qiymətlərinin artımına qarşı etiraz edib.

Etirazçılar həmçinin həyat səviyyəsinin aşağı düşməsindən, yüksək inflyasiyadan və hakimiyyətin ölkədəki böhranın öhdəsindən gələ bilməməsindən şikayət ediblər.

AzVision.az



Teqlər: Kişinyov   Etirazlar  



Xəbər lenti