Çin vətəndaşlarını təcili Ukraynanı tərk etməyə çağırdı

Çin vətəndaşlarını təcili Ukraynanı tərk etməyə çağırdı
  16 Oktyabr 2022    Oxunub:965
Çin Xarici İşlər Nazirliyi öz vətəndaşlarını ciddi təhlükəsizlik vəziyyəti ilə bağlı təcili olaraq Ukraynanı tərk etməyə çağırıb. Bu barədə Çinin “Global Times” dövlət nəşrinə istinadən UNN məlumat yayıb.
“Ukraynada mövcud ciddi təhlükəsizlik vəziyyəti ilə əlaqədar Çin Xarici İşlər Nazirliyi və Çinin Ukraynadakı səfirliyi ölkədəki Çin vətəndaşlarını təhlükəsizlik tədbirlərini gücləndirməyə və təxliyə etməyə çağırır. Səfirlik ehtiyacı olanların təxliyyəsinin təşkilində köməklik göstərəcək”, - deyə məlumatda bildirilir.

Xarici İşlər Nazirliyinin mesajı Çin Kommunist Partiyasının XX qurultayının başlaması ərəfəsində yayılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti