Tehran prokurorundan Evin həbsxanasındakı münaqişə ilə bağlı açıqlama

   Tehran prokurorundan Evin həbsxanasındakı münaqişə ilə bağlı açıqlama
  16 Oktyabr 2022    Oxunub:894
“Evin həbsxanasındakı münaqişənin son iğtişaşlarla heç bir əlaqəsi yoxdur".
AzVision.az xəbər verir ki, bunu Tehran prokuroru Əli Salehi bildirib. Onun sözlərinə görə, ötən gecə məhbuslar arasında baş verən münaqişə məhkumların saxlandığı həbsxananada paltar anbarının yandırılmasına səbəb olub. Hüquq-mühafizə orqanları dərhal həbsxanaya nəzarəti təmin edib, yanğınsöndürənlər yanğını söndürüblər.

"Siyasi məhbuslarla bağlı kamera ayrılıb, yanğın və münaqişənin baş verdiyi quldurlar kamerasından uzaqda yerləşir", - Əli Salehi bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti