Minlərlə Parisli etiraz etmək üçün küçələrə axışıb

   Minlərlə Parisli etiraz etmək üçün küçələrə axışıb
  16 Oktyabr 2022    Oxunub:1379
Parisdə sakinlər qiymətlərin artmasına və hakimiyyətin iqlim fəaliyyətsizliyinə qarşı yürüşə çıxıb.
Mitinqin təşkilatçıları Jan-Lük Melenşonun solçu “Tabe olmayan Fransa”, “Avropa-Ekologiya-Yaşıllar” partiyası, Sosialist Partiyası, həmçinin bir neçə həmkarlar ittifaqı və birlikləridir. Mitinq yerli vaxtla saat 15:00-da Millət eydanında başlayıb. Minlərlə etirazçını polis dəstələri izləyir.

Fransa paytaxtının küçələrinə çıxan nümayişçilər maaşların və sosial müavinətlərin artırılmasını, elektrik enerjisinin qiymətlərinin dondurulmasını, ekoloji layihələrə sərmayə qoyulmasını tələb edirlər.

Etirazçılar həmçinin pensiya yaşının artırılmasına və hakimiyyətin iqlim fəaliyyətsizliyinə qarşıdırlar.


Teqlər:



Xəbər lenti