Bu dəfə də avtosalonun fasadına boya tökdülər

   Bu dəfə də avtosalonun fasadına boya tökdülər
  16 Oktyabr 2022    Oxunub:1756
Böyük Britaniyada “Just Stop Oil” ətraf mühit hərəkatının fəalları Aston Martin konserninin flaqman avtomobil salonunun fasadını narıncı boya ilə boyayıblar. AzVision.az xəbər verir ki, bu barədə bazar günü LBC radiostansiyası məlumat yayıb.
Baş nazir Liz Trussun rəhbərlik etdiyi Britaniya hökumətini Şimal dənizində neft və qaz yataqlarının işlənməsi üçün yeni lisenziyaların verilməsini dayandırmağa çağıran fəallar Park Leyn mərkəzi küçəsi ilə də nəqliyyatın hərəkətini dayandırıblar.

Baş nazir Liz Trassın rəhbərlik etdiyi Britaniya hökumətini Şimal dənizində neft və qaz yataqlarının işlənməsi üçün yeni lisenziyaların verilməsini dayandırmağa çağıran fəallar Park Leyn mərkəzi küçəsində də nəqliyyatın hərəkətini dayandırıblar.

Sentyabrın 8-də Trass 2024-cü ilə qədər elektrik enerjisi tariflərinin dondurulmasını təklif edərək hökumətin enerji böhranı ilə mübarizə proqramını açıqlayıb.

O əlavə edib ki, yaxın vaxtlarda hakimiyyət Şimal dənizində qaz və neft hasilatı üçün yeni lisenziyalar verəcək.

Oktyabrın 14-də “Just stop oil” fəalları Londondakı Milli Qalereyada holland rəssamı Vinsent van Qoqun (1853-1890) “Günəbaxanlar” tablosunun üzərinə şorba töküblər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti