Aİ Ermənistana mülki missiyanın göndərilməsini təsdiqləyib

   Aİ Ermənistana mülki missiyanın göndərilməsini təsdiqləyib
  17 Oktyabr 2022    Oxunub:1601
Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurası Ermənistana göndəriləcək mülki missiyanın yaradılması barədə qərar qəbul edib.
Bildirilib ki, missiya Ermənistanda Azərbaycanla sərhədin yaxınlığında yerləşdiriləcək və onun tərkibi 40 monitorinq ekspertindən ibarət olacaq. Mülki missiya müvəqqəti xarakter daşıyacaq və prinsipcə iki aydan çox olmayacaq.

Bu qərar Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında keçirilmiş dördtərəfli görüşdən sonra verilib.

Məqsəd bölgədə sülhün və təhlükəsizliyin bərpasının, etimadın yaradılmasının təmin edilməsi, həmçinin iki ölkə arasında beynəlxalq sərhədlərin delimitasiyası proseslərini asanlaşdırılmasıdır.

AzVision.az



Teqlər:



Xəbər lenti