Krım körpüsündəki partlayışla bağlı daha 3 nəfər həbs edilib

   Krım körpüsündəki partlayışla bağlı daha 3 nəfər həbs edilib
  17 Oktyabr 2022    Oxunub:1259
Moskvanın Basmannı məhkəməsi Krım körpüsündə baş vermiş partlayışla bağlı daha 3 nəfəri həbs edib.
Bildirilib ki, Rusiya vətəndaşları Aleksandr Bılin, Oleq Antipov və Dmitri Tyajelix körpünün partladılmasında təqsirli bilinirlər. Onlar barəsində 2022-ci il dekabrın 8-dək həbs qətimkan tədbiri seçilib.

Bütün təqsirləndirilən şəxslər terror aktı törətməkdə ittiham olunublar. Oktyabrın 13-də Krım məhkəməsi iş üzrə ilk beş müttəhimi - Artem Azatyan, Georgi Azatyan, Roman Solomko, Vladimir Zlob və Artur Terçanyanı həbs edib.

Oktyabrın 8-də səhər saatlarında Krım körpüsünün avtomobil hissəsində yük maşını partladılıb, bundan sonra qatarın yanacaq çənləri yanıb.

Oktyabrın 12-də Rusiya Federal Təhlükəsizlik Xidməti beş Rusiya vətəndaşının, habelə müstəntiqlərin fikrincə, cinayətin hazırlanmasında iştirak edən üç Ukrayna və Ermənistan vətəndaşının həbs edildiyini bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti