Avropa İttifaqının missiyası artıq Ermənistandadır

  Avropa İttifaqının missiyası artıq Ermənistandadır
  17 Oktyabr 2022    Oxunub:1236
Avropa İttifaqının (Aİ) Ermənistan-Azərbaycan sərhədi üzrə mülki missiyası artıq Ermənistandadır.
AzVision.az xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borel Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, missiya tez bir zamanda fəaliyyətə başlayacaq.

Qeyd edək ki, missiya Ermənistanda Azərbaycanla sərhədin yaxınlığında yerləşdiriləcək və onun tərkibi 40 monitorinq ekspertindən ibarət olacaq. Mülki missiya müvəqqəti xarakter daşıyacaq və prinsipcə iki aydan çox olmayacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti