Rusiyada qırıcı binaya çırpıldı: 4 ölü, 21 yaralı - YENİLƏNİB - 2
+ VİDEO
***
Rusiyanın Yeysk şəhərində baş vermiş təyyarə qəzası nəticəsində üç nəfər həlak olub, 21 nəfər yaralanıb. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Həkimlər biri uşaq olmaqla 8 nəfərin vəziyyətini ağır kimi qiymətləndirirlər.
Qeyd olunub ki, “Su-34” təyyarəsi Yeysk şəhəri yaxınlığındakı aerodromdan havaya qalxarkən qəzaya uğrayıb və yaşayış binasının həyətinə düşüb. Sonradan alov 9 mərtəbəli binaya keçib.
Hadisə baş verən yerin yaxınlığında ticarət mərkəzi yerləşir. İnsanlar oradan və yanğın baş verən binadan təxliyə ediliblər.
***
Rusiyanın Yeysk şəhərində "Su-34" qırıcısı yaşayış binasının üzərinə düşüb. AzVision.az TASS-a istinadən xəbər verir ki, nəticədə yanğın baş verib. Qeyd olunub ki, binanın birinci mərtəbəsindən 9-cu mərtəbəsinə qədər olan evlərin əksəriyyətini alov bürüyüb.
İlkin məlumata görə, təyyarə qəzası nəticəsində azı bir nəfər ölüb. Daha üç nəfər, o cümlədən uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Rusiya Müdafiə Nazirliyi bildirib ki,Su-34 təyyarəsinin qəzaya uğramasına səbəb uçuş zamanı mühərriklərdən birinin alışması olub. Qəzaya uğradığı yerdə təyyarənin yanacağı alışıb. Pilot qəzadan əvvəl katapulta edə bilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


