Putin iki naziri təyyarə qəzasının olduğu şəhərə göndərdi

   Putin iki naziri təyyarə qəzasının olduğu şəhərə göndərdi
  17 Oktyabr 2022    Oxunub:1402
Rusiya prezidenti Vladimir Putin Krasnodar diyarının Yeysk şəhərində hərbi təyyarənin qəzaya uğraması nəticəsində zərər çəkənlərə bütün lazımi yardımların göstərilməsi barədə göstəriş verib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Rusiya lideri Krasnodar diyarının qubernatoru Veniamin Kondratyevə, Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkova və səhiyyə naziri Mixail Muraşkoya təyyarə qəza nəticəsində xəsarət alanlara bütün lazımi yardımı göstərmək üçün Yeyskə uçmağı tapşırıb. Bildirilib ki, Putin vəziyyətlə bağlı nazirlərin və rayon rəhbərinin məruzələrini dinləyib.

Qeyd edək ki, 2022-ci il oktyabrın 17-də Cənub Hərbi Dairəsinin hərbi aerodromundan təlim uçuşu yerinə yetirmək üçün hündürlük yığımağa çalışan “SU-34” təyyarəsi Yeysk şəhərində yaşayış binasının üzərinə düşüb. Hadisə ilə bağlı 3 saylı yanğınsöndürmə dərəcəsi elan edilib.

Yanğın sahəsi təxminən 2 min kvadratmetrdir. Ölən və yaralananlar barədə məlumat dəqiqləşdirilir.

AzVision.az



Teqlər:



Xəbər lenti