Rusiyada qırıcı qəzasında ölənlərin sayı 14-ə çatıb

   Rusiyada qırıcı qəzasında ölənlərin sayı 14-ə çatıb
  18 Oktyabr 2022    Oxunub:766
Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində ölənlərin sayı 14-ə çatıb, onlardan üçü uşaqdır.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti açıqlayıb. Bildirilib ki, qəza nəticəsində yaralananların sayı 19 nəfər olub. Meyiti tapılan şəxsin kimliyi məlum deyil. Məlumata görə, hadisə yerində xilasetmə-axtarış işləri başa çatıb.

Qeyd edək ki, “Su-34” təyyarəsi Yeysk şəhərinin Kommunist küçəsində yaşayış binasının həyətinə düşüb. Qəza nəticəsində əmələ gələn yanğın 9 mərtəbəli binaya keçib. Rusiya Müdafiə Nazirliyi qəzanın təyyarə havaya qalxarkən mühərriklərdən birinin alovlanması nəticəsində baş verdiyini bildirib. Həlak olan və yaralananlar barədə hələlik məlumat yoxdur.

AzVision.az



Teqlər:



Xəbər lenti