“Microsoft” min işçisini ixtisar etməyə hazırlaşır

“Microsoft” min işçisini ixtisar etməyə hazırlaşır
  18 Oktyabr 2022    Oxunub:958
Proqram təminatı istehsalçısı və İT nəhəngi Microsoft şirkəti müxtəlif departamentlərdən min işçini ixtisar etməyə hazırlaşır.
Bu barədə “Axios” portalı şirkətdəki mənbələrə istinadən xəbər verib. Məlumatı “Business Insider” də təsdiqləyib . Qeyd olunub ki, xüsusilə, Xbox və Edge bölmələrinin işçiləri ixtisara düşəcək.

“Bütün şirkətlər kimi, biz də mütəmadi olaraq biznes prioritetlərimizi qiymətləndirir və müvafiq olaraq struktur düzəlişləri edirik. Gələn il biznesimizə sərmayə qoymağa və əsas inkişaf sahələrində işə götürməyə davam edəcəyik” - “Microsoft”un məlumatına deyilir.

AzVision.az


Teqlər:



Xəbər lenti