"Rusiyanın uzaqmənzilli raketləri tükənib" - Politico

   "Rusiyanın uzaqmənzilli raketləri tükənib" -    Politico
  18 Oktyabr 2022    Oxunub:2076
Rusiya qış başlamamış Ukraynanın elektrik şəbəkəsini məhv etməyə çalışır. Moskva artıq uzaqmənzilli yüksək dəqiqlikli raketlər sarıdan ciddi çətinlik çəkir.
AzVision.az bu barədə “Politico”ya istinadən xəbər verir. Qeyd edilir ki, artıq demək olar ki, uzaqmənzilli raket qalmayıb.

Rusiya İranla ballistik raketlərin tədarükü ilə bağlı razılığa gəlib
Ukrayna bəyan edir ki, Rusiya keçən həftə raket zərbələri nəticəsində elektrik stansiyalarının təxminən üçdə birini məhv edə bilib. Bu isə bütün ölkədə, o cümlədən Kiyev və Nikolayevin bəzi ərazilərində elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Eyni zamanda, Qərb rəsmiləri bildiriblər ki, Kreml “Ukraynanın elektrik şəbəkəsini məhv etmək üçün düşünülmüş strategiya həyata keçirir. Lakin qanadlı raketlərin ehtiyatı tükəndiyi üçün Kreml getdikcə daha çox İranın "Şahed" dronlarına arxalanır.

Həmçinin qeyd edilir ki, Ukraynanın hərbi qüvvələri İran istehsalı olan bir çox pilotsuz təyyarələri ölkədə əsas strateji hədəfləri vurmazdan əvvəl effektiv şəkildə zərərsizləşdirə bilir.

"Onlar kifayət qədər aşağı surətlə uçurlar. Ona görə də onları atıcı silahlar və digər sistemlərlə vurmaq daha asandır" - Qərb rəsmiləri deyiblər.

Həmçinin Rusiyanın şəxsi heyəti ilə bağlı problemləri də yaranıb. Rus hərbi qüvvələrinə təcrübəsiz zabitlər rəhbərlik edirlər və onlar qısa zamanda irəli çəkilirlər.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Raket   Ukrayna  



Xəbər lenti