Paşinyan itkin ermənilərin sayını açıqladı

   Paşinyan itkin ermənilərin sayını açıqladı
  19 Oktyabr 2022    Oxunub:983
Ermənistanın baş naziri Nikol Paşinyan Birinci və İkinci Qarabağ müharibələri zamanı itkin düşən ermənilərin sayını açıqlayıb.
O bildirib ki, Birinci Qarabağ müharibəsi zamanı 777, ikinci müharibədə isə 217 erməni itkin düşüb.

"Birinci Qarabağ müharibəsində 777, ikincidə 217, 13 sentyabrda baş verən qarşıdurmada isə 29 erməni itkin düşüb. Ümid edirik ki, Azərbaycan soydaşlarımızın taleyinin aydınlaşdırılmasında əməkdaşlıq edəcək", - Paşinyan deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti