Restoranda müştərinin başına siçan düşdü - VİDEO

   Restoranda müştərinin başına siçan düşdü -   VİDEO
  19 Oktyabr 2022    Oxunub:1494
Primorsk diyarındakı “Tokio” restoranına gələnləri insanların üzərinə düşən siçovul qorxudub.
AzVision.az xarici mediaya istinadla bildirir ki, hadisə Naxodka şəhərindəki müəssisələrdən birində baş verib. Yayımlanan görüntülərdə siçovulun tavandan rusiyalı müştərinin başına necə düşdüyü, daha sonra onun stolun üstünə tullanaraq yenidən qonağın üstünə qaçdığı, sonra isə gözdən itdiyi göstərilir. Masada oturanların qalan hissəsi dağılışır, qonaqlardan biri qorxaraq ayaqları ilə divanın üstünə çıxır.

Müəssisə rəhbərliyinin sözlərinə görə, siçovul zalda ilk dəfə görünüb - buna qədər gəmiricilər yalnız zibil qutusundan qidalanırmış.



AzVision.az



Teqlər:



Xəbər lenti