Binəli Yıldırım Türkiyəyə təcili yardım təyyarəsi ilə aparılacaq

   Binəli Yıldırım Türkiyəyə təcili yardım təyyarəsi ilə aparılacaq
  21 Oktyabr 2022    Oxunub:1138
AK Partiya sözçüsü Ömər Çelik Azərbaycanda dünən qəza keçirən AK Partiya sədr müavini Binəli Yıldırımın səhhəti ilə bağlı açıqlama yayıb.
Ömər Çelik açıqlamasında:"Xoş diləklərini göndərən hər kəsə təşəkkür edirik. Başqan müavinimiz hörmətli Binəli Yıldırım, millət vəkilimiz Şamil Ayrım və cangüdənimiz Oğuzhanın səhhəti yaxşıdır, çox şükür. Təcili yardım təyyarəsi ilə Türkiyəyə qayıdacağıq", -deyə o bildirib.





Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti