"Putin keçmişlə müqayisədə indi yumşalıb" - Ərdoğan

   "Putin keçmişlə müqayisədə indi yumşalıb" -    Ərdoğan
  21 Oktyabr 2022    Oxunub:1126
"Daşınma müqaviləsinin uzadılmasında heç bir maneə yoxdur. Bunu Zelenski ilə və cənab Putinlə görüşümdə bir daha gördüm".
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərin taxıl dəhlizi ilə bağlı saziş haqqında suallarına cavab verərəkən deyib.

“Mən gördüm ki, cənab Putin keçmişlə müqayisədə indi bu mövzuda çox daha yumşaq və danışıqlara daha açıq mövqe tutur", -deyə Ərdoğan Rusiya ilə Ukrayna arasındakı vasitəçilikdən danışarkən bildirib.

"Önümüzdəki günlərdə edəcəyimiz telefon zəngi ilə hər iki lideri dinləyərək danışıqların nə dərəcədə irəlilədiyini anlayacağıq. Dünən Zelenski ilə görüşümdə hiss etdim ki, onun belə bir blokadası yoxdur və o da bunun aradan qaldırılmasının tərəfdarıdır. Biz ümidsiz deyilik”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti