"Ermənistanın tarixi fürsətdən yararlanmasını gözləyirik" - Ərdoğan

   "Ermənistanın tarixi fürsətdən yararlanmasını gözləyirik" -    Ərdoğan
  21 Oktyabr 2022    Oxunub:840
Azərbaycan-Ermənistan danışıqlarındakı irəliləyiş Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinə də müsbət töhfə verəcək.
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərin suallarını cavablandıranda deyib.

"İlham Əliyev qardaşımızla görüşdə biz bir daha təsdiq etdik ki, Cənubi Qafqaza ümumi baxışımız sülh, sabitlik və inkişaf əsasında qurulub. Sərhədlərin müəyyənləşdirilməsi, Naxçıvanla Azərbaycanın qərb rayonları arasında yolun açılması və sülh sazişinin imzalanması regionun normallaşması üçün mühüm addım olacaq. Uzun illərdən sonra bölgədə daimi sülh şansı böyük qurbanlar hesabına əldə edilib. Biz Ermənistanın bu tarixi fürsətdən yararlanmasını gözləyirik", deyən Ərdoğan bildirib ki, "bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanla əməkdaşlığı hər sahədə daha da gücləndirmək əzmindədirlər:

"Ümid edirəm ki, səfərim təkcə ikitərəfli münasibətlərimiz üçün deyil, bütün regionumuz üçün faydalı olacaq”.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti