"Fitch" Azərbaycanın reytinqini təsdiqlədi
Reytinq üzrə proqnozun “sabit”dən “pozitiv”ə yüksəldən agentlik Azərbaycan Respublikasının xalis suveren aktivlərini 2022-2024-cü illərdə 14,3 faiz artaraq ÜDM-in 77,6%-nə çatacağını proqnozlaşdırır ki, bu da reytinq qrupunda ən yüksək göstəricidir. Agentliyin press-relizində qeyd olunur ki, işğaldan azad edilmiş ərazilərə ÜDM-in 2%-i həcmində kapital qoyuluşları, habelə yüksək inflyasiya şəraitində artan sosial xərcləri də nəzərə aldıqda, yenilənmiş neft qiyməti proqnozu və qaz qiymətlərinin müəyyən müddət yüksək qalacağı ilə bağlı gözləntilər nəzərə alınaraq 2023-cü ildə icmal büdcənin profisiti son hesabatdan bəri 1,5 faiz artırılaraq ÜDM-in 6,7%-nə bərabər olacağı gözlənilir.
Qlobal iqtisadi mühitdə cərəyan edən qeyri-sabitlik və yüksək infilyasiya şəraitində Fiç Reytingz tərəfindən Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqinin “BB+” investisiya səviyyəsində bir daha təsdiq olunaraq proqnozun “sabit”dən “pozitiv”ə yüksəldilməsi ölkə iqtisadiyyatının dayanıqlıq potensialını nümayiş etdirir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


