Ərdoğan hicabla bağlı Konstitusiya təminatı yaradılmasını istəyir
“Biz qadınlarımızı heç vaxt hicablı və ya örtüksüz olaraq təsnif etməmişik, lakin hələ də onların şüurunda bu ayrı-seçkiliyin öhdəsindən gələ bilməmişik. Bu məsələ cansıxıcıdırsa, referenduma çıxaraq, parlamentdə bu məsələ həll olunmursa, xalq qərar versin", - Ərdoğan deyib.
Prezident onu da qeyd edib ki, hicab seçimi insanın şəxsi hüququdur.
Qeyd edək ki, Türkiyədə uzun müddət qadınların məktəblərdə və ictimai təşkilatlarda baş örtüyü taxmasına qadağa tətbiq edilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


