"Peyvəndlənmədəki boşluq qlobal bərpanı təhdid edir" - ÜST

"Peyvəndlənmədəki boşluq qlobal bərpanı təhdid edir" -    ÜST
  25 Oktyabr 2022    Oxunub:848
Dünya əhalisinin təxminən üçdə biri koronavirusa qarşı peyvənd olunmayıb.
AzVision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında deyib.

O vurğulayıb ki, dünyada peyvəndə bərabər çıxışın olmaması pandemiyaya qlobal reaksiyanı sarsıdıb.

“Aşağı gəlirli ölkələrdə tibb işçilərinin yarıdan çoxu və yaşlı insanların təxminən üçdə ikisi koronavirusa qarşı peyvənd olunmur. Peyvəndlənmədəki boşluq qlobal bərpanı təhdid edir, hamı üçün risk yaradır”.

Baş direktor hesab edir ki, ən vacib dərslərdən biri peyvəndlərin və terapevtik vasitələrin istehsalı coğrafiyasının genişləndirilməsi zərurətidir, çünki pandemiya indi yalnız az sayda ölkədə belə imkanlara malik olduğunu göstərdi.

AzVision.az



Teqlər: ÜST  



Xəbər lenti