Erməni KİV: “Xankəndidəki mitinqin təşəbbüskarı general Volkovdur”

      Erməni KİV:    “Xankəndidəki mitinqin təşəbbüskarı general Volkovdur”
  31 Oktyabr 2022    Oxunub:1005
Ötən gün Xankəndidə - Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında - separatçı qrupa dəstək aksiyası keçirilib.
Aksiyada könüllü-məcburi əsaslarla 15 minə qədər insan iştirak edib. Ermənistan KİV-lərində, xüsusən də “Epress.am”da dərc olunan məlumatlara görə, mitinq Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-mayor Andrey Volkovun təşəbbüsü ilə baş tutub.

Volkov bildirib ki, əgər Ermənistan nizamlanmanın Rusiya variantından imtina edərsə, sülhməramlı missiya Qarabağı tərk edəcək.

AzVision.az


Teqlər:



Xəbər lenti