Bayrağı üzərində qumar oynayan xalq

   Bayrağı üzərində  qumar oynayan xalq
  31 Oktyabr 2022    Oxunub:1207
Ermənistan mediası ölkənin növbəti dəfə böyük siyasi dəyişikliklərin astanasında olduğunu yazır. Ziyalılar, siyasətçilər, politoloqlar yerli saytlarda analitik yazılar dərc edir, İrəvanın baş nazir Nikol Paşinyanın dövründə keçdiyi ağır dönəmi də yada salırlar.
Məsələn, "Blognyus"da dərc olunan bir yazı daha çox diqqət çəkir. Stepan Danielyan qeyd edir ki, 2018-ci il hadisələrinin ilkin mərhələsinin təzahürlərinə əsasən çevrilişdə böyük qismdə orta təbəqə iştirak edib. Burada savadlı gənclər də böyük rol oynayıblar, onlar ölkədə dəyişikliklərin tərəfdarı olublar.

Erməni KİV: “Xankəndidəki mitinqin təşəbbüskarı general Volkovdur”
Qeyd edilir ki, həmin dönəmdə insanlar korrupsiyadan, yerli hakimiyyət orqanlarının, parlamentin anormal fəaliyyətindən, burada anti-ziyalıların təmsil olunmasından, cinayətkarlıqdan bezmişdilər. Onlar parlaq gələcək görmək arzusunda olublar. Bu, torpaqları məhv edə-edə gələn bataqlığa qarşı üsyan idi. Bütün bunlar həm də təbii istək və arzu idi.

Mitinqlər genişmiqyaslı xarakter aldıqda isə meydan hərəkatı öz keyfiyyətini itirdi və onun üzərində kabablar üçün manqallar, kart və digər azart oyunlarına baş qatan oyunçular, sosial intiqamlarını reallaşdırmaq üçün liderə ehtiyacı olan anti-sosial elementlər peyda oldu.

Mitinqlərin keyfiyyətinin dəyişməsi ilə yanaşı, şüarlar da dəyişdi. Qəhrəman artıq “vətəndaş” deyil, cəzalandırmağa gələn "müqəddəs ruhlar" idi.

Müəllifin bu anormal, sonradan müharibəyə səbəb olan şəxsin hakimiyyətə gətirən mitinqləri dünən Azərbaycanın Qarabağ ərazisində yerli ermənilərin təşkil etdikləri təxribat xarakterli aksiyadan sonra yazması da diqqət çəkir. Bu, onun yaxın gələcəkdə erməni xalqını növbəti dəfə hansı faciələri gözləməsindən xəbər verir. Danielyanın bayrağın üzərində qumar oynayan təbəqənin erməni xalqın taleyini həll edən böyük kəsm olmasına diqqət çəkməsi də maraqlı məqamdır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Mitinq   Qarabağ  



Xəbər lenti