İsrail prezidenti Netanyahuya hökuməti formalaşdırmağı tapşıracaq

   İsrail prezidenti Netanyahuya hökuməti formalaşdırmağı tapşıracaq
  11 Noyabr 2022    Oxunub:1051
İsrail Prezidenti İsaak Hersoq ölkənin baş nazirinin namizədliyi ilə bağlı 25-ci Knesset (ölkə parlamenti) partiyalarının nümayəndələri ilə üç günlük məsləhətləşmələri başa çatdırıb.
İsaak Hersoq noyabrın 13-də hökumət koalisiyasının və nazirlər kabinetinin yaradılmasını noyabrın 1-də keçiriləcək seçkilərin nəticələrinə görə “Likud” Partiyasının lideri Benyamin Netanyahuya həvalə edəcək.

Qeyd edək ki, İsraildə keçirilən parlament seçkilərində qalib gələn “Likud” Partiyasının lideri Benyamin Netanyahu hökuməti formalaşdırmaq üçün rəsmi mandatı noyabrın 13-də alacaq. İsrail qanunlarına əsasən, B.Netanyahu dekabrın 10-dək yeni Nazirlər Kabinetini formalaşdırmalıdır.

Əgər Netanyahu göstərilən müddətdə hökumət yarada bilməsə, cəhd hüququ ikinci namizədə keçəcək. Lakin onun hökuməti formalaşdırmaq üçün cəmi 28 günü olacaq.

Xatırladaq ki, noyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri nəticəsində sağçı “Likud” Partiyası birinci, hazırkı Baş nazir Yair Lapidin “Yeş Atid” Partiyası isə ikinci yeri tutub.


AzVision.az



Teqlər:



Xəbər lenti