Ərdoğan Bayden və Makronla görüşdü

   Ərdoğan Bayden və Makronla görüşdü
  15 Noyabr 2022    Oxunub:934
türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın Bali adasında keçirilən G20 Liderlər Zirvəsi çərçivəsində ABŞ prezidenti Co Bayden ilə görüşüb.
Mətbuata qapalı keçirilən görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu, xəzinə və maliyyə naziri Nurəddin Nebati və milli müdafiə naziri Hulusi Akar da iştirak edib.

Ərdoğan daha sonra Fransa prezidenti Emmanuel Makronla da görüşüb. Bundan əvvəl isə Türkiyə lideri Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşmüşdü. Sammitin keçirildiyi Apurva Kempinskidə bir araya gələn iki liderin görüşü mətbuata qapalı keçirilib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti