"Türkiyəyə gürcü və ermənilərdən 3 dəfə baha uçuruq" - Deputat AZAL-ı tənqid etdi

Komitə sədri bildirib ki, müasir hava limanı, son sinif təyyarələr, yanacaq və təchizatı hökumət tərəfindən təmin olunan kompaniyanın vəziyyətinə diqqət yetirin:
"Auditdən sitat gətirmək istərdim. COVİD-19 bağlı dövlətin göstərdiyi yardımın 35,3 milyon manatı əvvəlki illərin öhdəlikləri, kapital qoyuluşları, qeyri-kommersiya xarakterli, lüzumsuz ödənişlər və cərimələr, qabaqcadan təsdiqlənən bölgüyə aid olmayan istiqamətlərə xərclənib. Bank kreditləri və digər borclanmalar 2022-ci il yanvarın 1-nə 2,1 milyard təşkil edir və nəinki likvidliyə, eləcə də dövlət büdcəsinə əsaslı təhdiddir. Beləliklə, alternativ beynəlxalq uçuşlar həyata keçirən şirkətlərin olmadığı bir məkanda vətəndaş təkcə bir istiqamətə - Türkiyəyə gürcü və ermənilərdən 3 dəfə baha uçur. Ona görə də Füzuli, Zəngilan və gələcək Laçın hava limanlarının idarəçiliyini AZAL-a vermək olmaz. Azad torpaqlarda hava limanları təkcə mülki deyil, həm də hərbi və təhlükəsizlik əhəmiyyəti daşıdığı üçün AZAL kompaniyasının hazırki idarəçilik modeli dəyişməlidir".
AzVision.az
Teqlər: